AZ

Parisdə azərbaycanlı ailənin iki uşağı niyə əllərindən alınıb?

Azərbaycanlı ailə iki azyaşlı övladının Fransada əllərindən alındığını deyir. Hadisə 3 gün əvvəl Paris Hava Limanında baş verib.

Azreform.info xəbər verir ki, "Qafqazinfo" məsələ ilə bağlı azyaşlıların valideynləri Məhəmməd Quliyev və Gültac Abdullayeva ilə əlaqə saxlayıb.

Valideynlər bildiriblər ki, onlar bir neçə il Almaniyanın Dortmund şəhərində yaşayıblar. Almaniya tərəfindən övladlarının Avropadan çıxışına qadağa qoyulub. Uşaqlarının birinin 2 yaşı var, digəri 6 aylıqdır. Avqustun 6-da ailə birdəfəlik Azərbaycana qayıtmaq üçün yola çıxıbmış. Ailə üzvlərinin sözlərinə görə, Paris Hava Limanında polis əməkdaşları onlara yaxınlaşaraq uşaqları əllərindən alıblar.

Almaniyanın uşaqların Avropadan çıxışına qadağa qoymasının səbəbinə gəlincə, valideynlər bunu əsassız iddia ilə əlaqələndirirlər. Həmin iddia da ondan ibarətdir ki, ana bir neçə ay əvvəl xəstəxanada övladına əzab verib:

"İkinci uşağımız doğulandan dərhal sonra əməliyyat olundu. Təxminən bir ay uşaq xəstəxanada qaldı. Hər şey də orada başladı. Xəstəxananın həkimləri və tibb bacıları heç bir əsas olmadan şikayət ediblər ki, mən uşağıma işgəncə vermişəm. Guya 3 aylıq körpənin başını daşa çırpmışam, ağzına dəsmal bağlamışam, hətta buzlu su verərək öldürmək istəmişəm.

Seçilən
10
19
azreform.info

10Mənbələr