Bakı. Trend:
Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevTürkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəngedib.
Trend xəbər verir ki, telefondanışığı zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlığa vəstrateji müttəfiqliyə əsaslanan əlaqələrin müxtəlif sahələrdəinkişafından məmnunluq ifadə olunub.
Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanansənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Başnaziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmışbəyanatın, Azərbaycan ilə Ermənistan arasında sülh vədövlətlərarası münasibətlərin qurulması haqqında Sazişinparaflanmasının, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgəmüraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunmasıbaxımdan əhəmiyyətinə toxunulub.
Bu nəticələrin əldə olunmasında ABŞ Prezidenti Donald Trampınxüsusi rolunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın əsashissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz əlaqəninyaradılmasına xidmət edəcək nəqliyyat bağlantısının bütün regionunçiçəklənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasındanormallaşma prosesində Prezident Rəcəb Tayyib Ərdoğanın və qardaşTürkiyənin oynadığı rolu yüksək qiymətləndirib və buna görətəşəkkürünü bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan regionda sülh gündəliyinin irəliaparılmasına nümayiş etdirdiyi liderliyə görə Prezident İlhamƏliyevə təbriklərini çatdırıb və qeyd edib ki, Türkiyə regiondasülhü və sabitliyi daim dəstəkləyir.
Söhbət zamanı Azərbaycan təbii qazının Türkiyə ərazisindənSuriyaya ixracının başlanması müsbət hadisə kimiqiymətləndirilərək, bunun Suriyanın enerji təhlükəsizliyinə vəəhalinin sosial rifahının gücləndirilməsinə töhfə verəcəyibildirilib.
Telefon danışığı əsnasında Azərbaycan-Türkiyə qardaşlıqəlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.