AZ

BAMF Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaları yüksək dəyərləndirir

Bakı. Trend:

Beynəlxalq Avrasiya Mətbuat Fondu Vaşinqtonda Azərbaycan vəErmənistan arasında əldə olunmuş razılaşmaları yüksəkdəyərləndirir.

Trend xəbər verir ki, bu barədə BeynəlxalqAvrasiya Mətbuat Fondunun bəyanatında deyilir.

"Azərbaycan-Ermənistan münaqişəsinin ən gərgin dövründəyaradılmış bir təşkilat olaraq Beynəlxalq Avrasiya Mətbuat Fonduartıq 30 ildən çoxdur ki, problemin sülh yolu ilə həlli üçünardıcıl səylər göstərir. Bu illər ərzində minlərlə insan həyatınıitirdi, saysız-hesabsız ailələr dağıldı, bölgənin sosial-iqtisadiinkişafı isə illərlə iflic vəziyyətində qaldı.

Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakıilə keçirilən üçtərəfli tarixi görüş və imzalanan sənədlər, uzunillər davam edən gərginliyin aradan qaldırılması istiqamətindəmühüm mərhələ oldu. Sülh müqaviləsinin paraflanması tərəflərinəməkdaşlığa və ən əsası sülh müqaviləsini imzalamağa hazır olduğununümayiş etdirdi. Xüsusilə ABŞ Prezidenti Donald Trampın AzərbaycanPrezidenti İlham Əliyevə Ağ Evin simvolik açarını təqdim etməsi,iki ölkə arasındakı strateji tərəfdaşlığın və qarşılıqlı etimadınrəmzi kimi tarixə düşdü.

BAMF olaraq bu mühüm addımı və Vaşinqton görüşündə əldə olunannəticələri yüksək dəyərləndiririk. İnanırıq ki, bu prosesin davamıolaraq Zəngəzur dəhlizinin açılması və regionda yeni nəqliyyatmarşrutlarının canlanması Cənubi Qafqazın beynəlxalq ticarət vəəməkdaşlıq xəritəsində mövqeyini gücləndirəcək, iqtisadi inkişafısürətləndirəcək.

BAMF BMT-nin Əsas Məşvərətçi statuslu üzvü kimi 33 illikmissiyasına sadiq qalaraq bundan sonra da sülhün, qarşılıqlıetimadın və davamlı inkişafın təmin olunmasına yönəlmiş bütüntəşəbbüsləri dəstəkləməyə davam edəcək", - deyə bəyanatdabildirilir.

Seçilən
30
6
az.trend.az

9Mənbələr