"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının hazırkı mərhələsi Rusiyanın birbaşa dəstəyi və mərkəzi rolu 2020-ci il noyabrın 9-da ən yüksək səviyyədə üçtərəfli bəyanatın qəbulu ilə başlayıb".
Moderator.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yayılan məlumata görə, qurumun rəsmi nümayəndəsi Mariya Zaxarovanın Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında danışıqlara dair şərhində belə deyilir .
"Xatırladaq ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının hazırkı mərhələsi Rusiyanın birbaşa dəstəyi və mərkəzi rolu ilə 2020-ci il noyabrın 9-da Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs və bütün hərbi əməliyyatlar haqqında ən yüksək səviyyədə üçtərəfli bəyanatın qəbulu ilə başlayıb. Rusiya sülhməramlı kontingenti regionda sabitliyin yaradılmasına öz töhfəsini verib. Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan sülhməramlılarımızı hər zaman xatırlayacağıq”, - diplomat vurğulayıb.
Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Azərbaycan və Ermənistan arasında barışıq regional kontekstdə və maraqlar balansına əsaslanmalıdır. O qeyd edib ki, ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda Ermənistan və Azərbaycan liderlərinin görüşü müsbət qiymətə layiqdir. Zaxarova vurğulayıb ki, regional oyunçuların Cənubi Qafqazda həll yollarının axtarışına cəlb edilməsi yeni ayırıcı xətlər yaratmamalıdır.
Rusiya Federasiyası Vaşinqtonun Cənubi Qafqazda regional kommunikasiyaların blokunun açılması ilə bağlı bəyanatlarını daha sonra təhlil edəcək. Zaxarova qeyd edib ki, Cənubi Qafqazda kommunikasiyaların bloklanması sahəsində Rusiya Federasiyasının iştirakı ilə üçtərəfli sazişlər aktual olaraq qalır.