AZ

Evdən 45 min manat oğurlayıb, yerinə, görün, nə qoydular...

Sumqayıtda 45 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birindən 45 min manat pul oğurlanıb və vəsaitin əvəzinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub.

 

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı C.Cabbarova müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Tarix: 9 Avqust 2025, 18:41   
Seçilən
38
28
pravda.az

10Mənbələr