AZ

Cəlilabadda sakinlərə hücum edən çaqqalı qadın öldürüb - TƏFƏRRÜAT/FOTO

Cəlilabadda çaqqalın sakinlərə hücumunun təfərrüatları məlum olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Cəlilabad rayonunun Şatırlı kəndində qadın çaqqalı əlbəyaxa döyüşdə məhv edib.
 

MÖVZU İLƏ BAĞLI:

Cəlilabadda çaqqal sakinlərə HÜCUM ETDİ – Yaralananlar var - FOTO


Kənd sakini Aygün Orucova hücum zamanı yaralansa da, üzləşdiyi vəhşi heyvanı daşla vuraraq öldürüb.

Qeyd edək ki, son günlər kənddə çaqqal hücumlarının sayı artıb. Sakinlərin sözlərinə görə, vəhşi heyvanlar hətta gündüz saatlarında həyətlərə daxil olaraq ev quşlarına və təsərrüfat heyvanlarına ziyan vururlar.

Ehtimal olunur ki, buna səbəb meşələrdə yem çatışmazlığı olub.
 
Hücum nəticəsində Aygün Orucova ilə yanaşı, Rüstəmova Südabə və Əlilli Coşqun müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.




Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
72
37
bizim.media

10Mənbələr