ABŞ-nin Corciya ştatının Emori Universitetində atışma olub. Avtosfer.az xəbər verir ki, bu barədə təhsil ocağının mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb. "Emoridə fövqəladə vəziyyət: Emori-Atlanta şəhərciyində atışma. Bu ərazidən uzaq olun. Təhlükəsiz yerə sığının", - məlumatda deyilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs ölüb. Silahlı insident zamanı polis əməkdaşı da xəsarət alıb. O, sonra dünyasını dəyişib. Hadisə yerində polis əməkdaşları işləyir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta