AZ

Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton danışıqlarını müsbət qiymətləndirib

Bakı. Trend:

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi MariyaZaxarova bəyan edib ki, Rusiya Federasiyası Cənubi Qafqazdasabitlik və tərəqqi zonasının yaradılmasında maraqlıdır, eynizamanda, ən mühüm şərtlərdən biri Azərbaycan ilə Ermənistanarasında münasibətlərin hər iki ölkə xalqlarının maraqlarına uyğunhərtərəfli normallaşmasıdır.

Trend xəbər verir ki, onunsözlərinə görə, Rusiya regional təhlükəsizlik naminə bu əsasməqsədə nail olmaq üçün bütün səyləri ardıcıl olaraq dəstəkləyir.Bu baxımdan Amerika tərəfinin vasitəçiliyi ilə Azərbaycan vəErmənistan liderlərinin Vaşinqtonda keçirilən görüşü müsbət qiymətəlayiqdir.

RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki,Rusiya tərəfi Vaşinqtonun regional kommunikasiyaların açılması iləbağlı bəyanatlarını əlavə olaraq təhlil edəcək. O, Azərbaycan vəErmənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasıhaqqında sazişin imzalanması və qüvvəyə minməsinin iki CənubiQafqaz respublikasında sülhün bərqərar olmasında mühüm əhəmiyyətkəsb edəcəyini vurğulayıb.

Seçilən
51
7
az.trend.az

8Mənbələr