AZ

SON DƏQİQƏ! Ağstafada DƏHŞƏTLİ AVTOQƏZA - Xəsarət alanlar var

Ağstafada avtomobil təmir sexinə çırpılıb, 3 nəfər xəsarət alıb.



Referans "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.



VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq avtomobil təmiri sexinə və sexdə olan "Mercedes" markalı maşına çırpılıb.



Qəza nəticəsində 1996-cı il təvəllüdlü T.İbrahimov, 1992-ci il təvəllüdlü M.Həsənli və 2002-ci il təvəllüdlü K.Mehdizadə xəsarət alıblar. Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.



Faktla bağlı araşdırma aparılır.

Seçilən
5
9
referans.az

10Mənbələr