AZ

Rusiya Ermənistandakı Gümrü bazasına hərbçilər göndərir – İDDİA

Rusiya Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazaya əlavə olaraq 200 nəfərlik Federal Təhlükəsizlik Xidmətinin (FSB) sərhədçi briqadasını yerləşdirib.

Bu addım bölgədəki təhlükəsizlik vəziyyəti və Rusiya-Ermənistan sərhədindəki mövcud gərginlik fonunda atılıb.

Yeni göndərilən hərbi personalın əsas vəzifəsi sərhədin qorunması və bazanın təhlükəsizliyinin gücləndirilməsi olacaq.

Qeyd edək ki, Gümrü bazası Rusiya Silahlı Qüvvələrinin Ermənistanda ən böyük hərbi obyektidir və 1995-ci ildən fəaliyyət göstərir. Baza həm Ermənistanın şimal-qərbindəki strateji mövqeyinə, həm də Rusiya ilə hərbi əməkdaşlıq çərçivəsində regional təhlükəsizlik roluna görə mühüm əhəmiyyət daşıyır.

Globalinfo.az

Seçilən
71
1
editor.az

2Mənbələr