“Milan”ın müdafiəçisi Malik Tiav karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, “Nyukasl” və İtaliya klubu 24 yaşlı futbolçunun transferi ilə bağlı razılığa gəlib. Müqavilənin ümumi dəyəri bonuslarla birlikdə 40 milyon avro təşkil edəcək.
Bildirilib ki, almaniyalının özü də “Nyukasl”a keçməkdə maraqlı olub. Müdafiəçi yaxın günlərdə tibbi müayinədən keçəcək.
2023-cü ildə Tiav Almaniya millisində üç oyun keçirib, altı görüşdə isə ehtiyat oyunçular sırasında yer alıb. “Milan”da çıxış etdiyi müddətdə futbolçu 85 matçda meydana çıxıb, 1 qol vurub və 2 qol ötürməsi edib.