TOVUZ, 9 avqust. TELEQRAF
Tovuz rayonunun Dondar Quşçu kəndində meyit tapılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, kəndin mərkəzindən keçən su arxının kənarından təxminən 40-45 yaşlarında meyit tapılıb. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma başlanılıb.