AZ

İsrail Prezidentindən Azərbaycan və Ermənistan xalqlarına TƏBRİK MESAJI

“Vaşinqtonda Donald Trampın himayəsi altında Azərbaycan və Ermənistan arasında tarixi sazişin imzalanmasını görəndə dərindən təsirləndim”.

Publika.az xəbər verir ki, bunu İsrail Prezidenti İsaak Hersoq “X” sosial şəbəkəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla birgə imzaladığı Birgə Bəyannamə barədə yazıb:

“Mən də bu tarixi sazişin imzalanması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi, Ermənistanın baş naziri Paşinyanı, Azərbaycan və Ermənistan xalqlarını təbrik edirəm. Hamınız barışıq və ortaq rifahın yeni dövründən zövq alın”,- deyə Baş nazir bildirib.

Seçilən
36
13
publika.az

10Mənbələr