AZ

“Sabah” – “Qarabağ” oyunu təxirə salınacaq

“Qarabağ” Çempionlar Liqasında yoluna davam edəcəyi təqdirdə Azərbaycan çempionatının ilk turundakı matçı təxirə salınacaq.

Msport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Ağdam təmsilçisi pley-off mərhələsinə yüksələcəyi halda beynəlxalq oyun qaydalarına əsasən (komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması), avqustun 17-də “Bank Respublika Arena”da baş tutmalı olan “Sabah” – “Qarabağ” oyunu təxirə salınacaq.

Qeyd edək ki, Qurban Qurbanovun komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Şkendiya” (Şimali Makedoniya) ilə ilk matçında 1:0 hesablı qələbəyə sevinib. Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.

Seçilən
58
12
msport.az

10Mənbələr