AZ

TƏKANLAR SƏNGİMİR

Meksikanın Çiapas ştatı sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin seysmoloji xidməti məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar 126 min insanın yaşadığı Syudad-Hidalqo şəhərindən 139 km cənub-qərbdə, 9 avqust Bakı vaxtı ilə saat 14:41-də (23:41) baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

La Razón qəzeti yazıb ki, yeraltı təkanlar Meksika və Qvatemala arasındakı sərhəd bölgəsində bir neçə yerdə hiss edilib, xəbərdarlıq sistemləri və fövqəladə hallara cavab prosedurlarını işə salıb.

Seçilən
24
publika.az

1Mənbələr