AZ

Mərhum aktyor ekranlara qayıdır

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mərhum Hollivud aktyoru Metyu Perri "Dostlar" serialında canlandırdığı Çandler Binq obrazı ilə dünyanı güldürsə də, onun real həyat hekayəsi əslində heç də şən olmayıb.

Oxu.Az "Mirror"a istinadən xəbər verir ki, aktyorun həyatı "Hollivud faciəsi" adlı sənədli filmdə nümayiş etdiriləcək.

Bir saat davam edən film Metyu Perrinin daxili dünyasından və özü ilə şəxsi mübarizəsindən danışır.

Sənədli filmdə jurnalistlər, aktyorun məşhur dostları və hüquq-mühafizə orqanları əməkdaşları ilə eksklüziv müsahibələr yer alır. Həmçinin, Perrinin şöhrət qazanmasından, alkoqol və narkotiklərlə ömür boyu mübarizəsindən bəhs edilir.

Xatırladaq ki, M.Perri 28 oktyabr 2023-cü ildə Los-Ancelesdəki evində ölü vəziyyətdə tapılmışdı. Onun dərman atdıqdan sonra evin həyətindəki hovuzda boğulduğu bildirilmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
146
15
oxu.az

10Mənbələr