BAKI, 10 avqust. TELEQRAF
Meksikada 6 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin seysmoloji xidməti məlumat yayıb.
Məlumatına görə, zəlzələnin episentri Çyapas ştatının Syudad-İdalyaqo şəhərindən 139 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 38,5 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.