Bakı. Trend:
2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən"Sumqayıt" FK daha bir futbolçu keçidini reallaşdırıb.
Trend xəbər verir ki, klubunmətbuat xidmətinin yaydığı məlumata görə, komanda son mövsümüDanimarkanın "Veyle" klubunda keçirmiş sabiq yarımmüdafiəçimizMasaki Murata ilə 2 illik anlaşma imzalayıb. Murata "Sumqayıt"FK-nın heyətində "71" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Masaki Murata 2022/23 mövsümünün ikinci yarısı və2023/24 mövsümündə "Sumqayıt"ın heyətində ümumilikdə 54 oyunkeçirib. O, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.