Amerikalı sahibkar İlon Mask bildirib ki, "Wikipedia" portalı ona məxsus olan "X" sosial şəbəkəsindəki fakt təsdiqi üçün mənbə kimi istifadə edilə bilməz.
Oxu.Az xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.
Milyarder buna səbəb kimi sayt redaktorlarının sol mərkəzçi mövqeyini göstərib.
O, istifadəçilərin faktları yoxlamaq üçün "Wikipedia"dan istifadə etməsini narahatedici adlandırıb.