AZ

Yaponiya sakinlərinə lava axını təhlükəsi barədə xəbərdarlıq edildi

Yaponiyanın cənub-qərbindəki Kyusyu adasındakı son dərəcə aktiv Sinmoe vulkanı isti kül və tüstü sütununu 3 km-dən çox hündürlüyə püskürüb.

Bakues.az xəbər verir ki, kraterinin şimal-şərqində 14 km məsafədə yerləşən ərazi kiçik daşlar və pemza ilə örtülüb.

Yerli hakimiyyət orqanları lava axını təhlükəsi barədə xəbərdarlıq edir.

1420 metr hündürlüyündə olan Sinmoe vulkanı iyunun sonundan bəri zəlzələlərlə püskürür. Vulkanın 2017-ci ilin oktyabr ayından bəri bir neçə dəfə püskürdüyü müşahidə olunub.

Qeyd edək ki, Yaponiyada 50-yə yaxın aktiv vulkan var.

Seçilən
42
2
icma.az

3Mənbələr