Ölkə ərazisində avqustun 10-u saat 10:00-a olan faktiki hava açıqlanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. pizza
Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Neftçalada 20, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənir. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, dağlıq rayonlarda 30, Aran rayonlarında eləcə də Naxçıvan MR-da 39 dərəcəyədək isti qeydə alınıb.
Telegram kanalımız