AZ

Bəzi rayonlarda güclü külək əsir - FAKTİKİ HAVA

Ölkə ərazisində avqustun 10-u saat 10:00-a olan faktiki hava açıqlanıb.

Far.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Neftçalada 20, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənir. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, dağlıq rayonlarda 30, Aran rayonlarında eləcə də Naxçıvan MR-da 39 dərəcəyədək isti qeydə alınıb.

Seçilən
48
28
far.az

10Mənbələr