Ağ Evin rəsmi səhifəsi Azərbaycan Prezidenti İlham Əliyevin "X" sosial şəbəkəsindəki postunu paylaşıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, paylaşımda dövlət başçısının çıxışından sitat gətirilib.
"Bu gün həm də ona görə tarixi bir gündür ki, biz sülh gətiririk", - Prezident İlham Əliyevin sitatında deyilir.