AZ

İranda yenə polislərə silahlı hücum odu - Ölən var

İranın cənub-şərqində naməlum şəxslərlə polis arasında baş verən qarşıdurmada 4 nəfər ölüb, bir nəfər yaralanıb.

Redaktor.az bu barədə yerli KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Sistan və Bəlucistan əyalətinin Saravan şəhərində naməlum şəxslər polis əməkdaşlarına hücum ediblər.

Tərəflər arasındakı atışma nəticəsində 3 hücumçu zərərsizləşdirilib, bir polis əməkdaşı ölüb, digəri isə yaralanıb.

Hadisənin təfərrüatları araşdırılır.

Seçilən
18
10
redaktor.az

8Mənbələr