AZ

Qarabağ dan qazilərin təmsilçisinə BÖYÜK JEST

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Qarabağ" qapıçısı Sadiq Məmmədzadəni icarəyə verib.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, 29 yaşlı gənc növbəti mövsümdə I Liqada özünü göstərəcək.

O, "Difai" ilə müqaviləyə artıq qol çəkib.

Ağdam klubu bu keçidin gerçəkləşməsi üçün qarşı tərəfə böyük jest edib.

"Difai"nin Qarabağ qazilərinin təmsilçisi olmasını nəzərə alan "Qarabağ" rəhbərliyi «əlcək sahibi»nin alacağı maaşın bir hissəsini ödəməyi öz üzərinə götürüb.

Qeyd edək ki, Azərbaycan çempionu ötən həftələrdə bir neçə futbolçusunun "Difai"yə yollanmasına köməklik göstərib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
icma.az

2Mənbələr