AZ

Dünya reytinqi: Klublarımızdan 2-si geriləyib, 2-si irəliləyib

İki klubumuz gerilədi, ikisi isə irəlilədi

"Qarabağ" dünya reytinqində daha üç pillə geriləyib.

İdman.biz xəbər verir ki, Ağdam təmsilçisi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi cədvəldə 137,25 xalla 134-cü yerdə qərarlaşıb.

"Zirə" (84,75 xal) 42 mövqe itirərək 274-cü sıraya düşüb.

"Araz-Naxçıvan" (70.25 xal) 76 pillə irəliləyərək 363-cü, "Sabah" (86 xal) 49 sıra artıraraq 264-cü olub.

Qeyd edək ki, 501 klubun yer aldığı siyahının ilk pilləsində İspaniya təmsilçisi "Real" (520 xal) qərarlaşıb.

İdman.biz

Seçilən
42
25
idman.biz

10Mənbələr