AZ

İlham Əliyevin Vaşinqton Triumfu - Qələbəyə gedən yol…

Vaşinqtonda keçirilən tarixi üçtərəfli görüş Cənubi Qafqazda yeni siyasi mərhələnin başlanğıcıdır.

 

Görüş zamanı əldə olunan ən diqqətçəkən razılaşmalardan biri “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlı strateji nəqliyyat və infrastruktur dəhlizinin yaradılmasıdır. Bu marşrut Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirəcək və regionun iqtisadi, logistika və rabitə imkanlarını köklü şəkildə dəyişdirəcək. Layihə yalnız avtomobil və dəmir yolu xətləri ilə məhdudlaşmayacaq, həm də enerjiötürmə xətləri, fiber-optik rabitə və digər müasir infrastruktur elementlərini özündə birləşdirəcək.

 

Bundan başqa, görüşdə mühüm siyasi qərar kimi ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son qoyulub. Qrup illərlə bölgədə vasitəçilik missiyasını həyata keçirən, lakin real nəticələr əldə edə bilmədiyi üçün hər iki ölkə tərəfindən funksiyasını itirmiş sayılıb. Həmçinin Birgə Bəyannamə çərçivəsində ABŞ və Azərbaycan arasında energetika, texnologiya, ticarət, infrastruktur və süni intellekt sahələrində əməkdaşlıq haqqında bir sıra sənədlər imzalanıb. Bu əməkdaşlıq yalnız iqtisadi tərəqqiyə deyil, həm də təhlükəsizlik, innovasiya və regiondaxili sabitliyin gücləndirilməsinə yönəlib.

 

Heç şübhəsiz ki, bu, ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlərdə yeni mərhələnin də təməli olacaqdır. Strateji tərəfdaşlığımız artıq başlayıb desəm, lap doğru olardı. Heç şübhəsiz ki, bu istiqamətdə bir neçə ay ərzində lazımı, mühüm sənədlər də hazırlanıb imzalanacaq.

 

Bu Azərbaycanımız üçün tarixi nailiyyətdir. Çünki bu gün strateji tərəfdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulur. Əlbəttə ki, bu, həm böyük imkan, həm də böyük məsuliyyət və böyük öhdəliklər deməkdir.

 

Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanımızın uğuru, aparılan siyasətin doğruluğunun isbatıdır.

 

Prezident İlham Əliyev 30 illik münaqişəyə son qoymağı bacardı. Öz qətiyyəti və öz siyasəti ilə…

O, həm torpaqlarımızı, həm müharibəni, həm də sülhü qazandı.

 

Baş verənləri sözlə ifadə etmək bir qədər çətindir.

 

İmzalanmış ABŞ bəyannaməsi hərb meydanında qalib gəlmiş Azərbaycanımızın, diplomatik meydanda da böyük zəfəri oldu. Bu, eyni zamanda, “nəyi nə vaxt və necə etmək lazım olduğunu mən bilirəm” sözlərinin də isbatı idi…

 

Diplomatik zəfər münasibəti ilə Azərbaycanımızı, xalqımızı və prezident İlham Əliyev cənabını ürəkdən təbrik edir, “BİZ BACARDIQ!” deyirəm…

 

Ağasif Şakiroğlu

 

Gələcək Azərbaycan Partiyasının sədri

Tarix: 10 Avqust 2025, 14:38   
Seçilən
27
pravda.az

1Mənbələr