AZ

Türkiyəyə səfər edən Özbəkistanlıların sayı artıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025 -ci ilin iyununda Özbəkistandan Türkiyəyə 72 min 326 turist səfər edib ki, bu da 2024-cü ilin iyunu ilə müqayisədə 20,74 faiz çoxdur.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı 1,25 faiz təşkil edib.

2025-ci ilin yanvar-iyun aylarında Özbəkistandan Türkiyəyə 288 min 11 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,16 faiz çoxdur.

2025-ci ilin yanvar-iyun aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı isə 1,35 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin iyununda Türkiyəyə 6 milyon 834 min 444 turist səfər edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 9,13 faiz çoxdur.

2025 -ci ilin yanvar-iyun aylarında 26 milyon 388 min 831 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,96 faiz çoxdur.

Seçilən
1
5
turkic.world

6Mənbələr