AZ

Falaye Sako “Neftçi”də! - Rəsmi

Futbol üzrə Mali milli komandasının sağ cinah müdafiəçisi Falaye Sako bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

30 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. Vətənindən başqa, Macarıstan, Belçika, Portuqaliya və Fransa liqalarında oynamış Sako son üç mövsümü Liqa 1-də “Monpelye”nin heyətində keçirib.

Falaye Sako Mali millisinin heyətində 42 matçda meydana çıxıb, 2 qol vurub.

“Neftçi” daha öncə Sessi D’Almeyda, Luis Ortis, Murad Xaçayev, Elvin Bədəlov, İqor Ribeyro, İmad Faraj, Freddi Varqas, Cordan Rezabala, Kristian Kostin, Kenan Piriç və Alessio Kurçini də heyətinə qatmışdı.

Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo, Həbib İsmayılov, Dembo Darbo, Filip Ozobiç, İsmayıl Zülfüqarlı və Alfa Konte paytaxt klubunu tərk ediblər. Emil Balayev isə klubla yeni müqaviləyə imza atıb.

Seçilən
134
arena.az

1Mənbələr