“Karvan-Yevlax” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az xəbər verir ki, bölgə təmsilçisi iranlı mərkəz müdafiəçisi Səid İranxan ilə 1 illik müqavilə imzalayıb. 24 yaşlı futbolçu son olaraq vətəninin “Peykan” klubunda forma geyinib.
Peşəkar karyerasına “Traktor” klubunda başlayan Səid, həmçinin İranın U-21 və U-23 milli komandalarında da çıxış edib.