AZ

“Sabah” amerikalı legioneri transfer etdi

Sabah" basketbol klubu yeni mövsümün növbəti transferini açıqlayıb.

Bizim.Media xəbər verir ki, amerikalı Castin Tillman qarşıdakı 2 mövsümdə Azərbaycan çempionunun uğurları üçün çalışacaq.
 

28 yaşlı və 203 sm boya malik Tillman güclü fiziki oyunu, yüksək döyüşkənliyi, effektiv ribaundları və səbət altında məhsuldarlığı ilə seçilir.


O, həm hücumda, həm də müdafiədə komandanın oyununa ciddi təsir göstərmək potensialına malikdir.

Təcrübəli basketbolçu karyerası ərzində Yunanıstan, Fransa, İtaliya və İsrail liqalarında çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
107
2
bizim.media

3Mənbələr