AZ

“Neftçi”dən müdafiə xəttinə yeni transfer

“Neftçi” heyətini Mali millisinin sağ cinah müdafiəçisi Falaye Sako ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, 27 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. Vətənindən başqa Macarıstan, Belçika, Portuqaliya və Fransa çempionatlarında çıxış edən Sako, son üç mövsümü Liqa 1 təmsilçisi “Monpelye”də keçirib.

Təcrübəli müdafiəçi Mali millisində 42 oyun keçirib və 2 qol vurub.

Seçilən
9
idmanxeber.az

1Mənbələr