“Mançester Yunayted” hücumçu Dominik Kalvert-Lyuinin transferi ilə bağlı variantı nəzərdən keçirir.
90deqiqe.Az-ın "Caught Offside"yə istinadən məlumatına görə, klub onu yeni forvard Beniamin Şeşkonun əvəzedicisi kimi heyətə qatmaq istəyir. 28 yaşlı futbolçunun agenti ilə artıq danışıqlar başlanılıb.
“Qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim heyətdə güclü rotasiya yaratmaq niyyətindədir. Kalvert-Lyuinə “Vest Hem Yunayted” və “Sanderlend” klubları da maraq göstərir.
Hücumçu hazırda sərbəst agentdir. O, 2016-cı ildən çıxış etdiyi “Everton”dan bu yay ayrılıb. Kalvert-Lyuin bu müddətdə bütün turnirlərdə 273 oyunda iştirak edib, 71 qol vurub və 22 məhsuldar ötürmə edib. Transfermarkt portalına əsasən, futbolçunun bazar dəyəri 16 milyon avrodur.