Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Ukrayna məsələsinin müzakirəsi üçün Aİ xarici işlər nazirlərinin təcili toplantısının keçiriləcəyini açıqlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumatda bildirilir ki, iclas avqustun 11-də baş tutacaq və əsas mövzu Ukrayna ilə bağlı keçiriləcək Rusiya-ABŞ sammiti olacaq. Sezar pizza
Kallas bildirib ki, Brüssel və Kiyevin maraqları nəzərə alınmadan ABŞ-la Rusiya arasında hər hansı razılaşma mümkün deyil:
"ABŞ və Rusiya arasında istənilən sövdələşmədə Aİ və Ukrayna da iştirak etməlidir", – deyə o vurğulayıb.
Aİ rəsmisinin sözlərinə görə, bu səbəbdən bazar ertəsi xarici işlər nazirləri təcili toplanacaq.
Musavat.com
Telegram kanalımız