AZ

“Karvan” heyətinə iranlı futbolçu cəlb edib

Bakı, 10 avqust, AZƏRTAC

“Karvan" növbəti transferini həyata keçirib.

AZƏRTAC xəbər verir ki, iranlı mərkəz müdafiəçisi Səid İranxan ilə 1 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu son olaraq ölkəsinin “Paykan” klubunda forma geyinib.

Qeyd edək ki, Səid karyerasına “Traktor” klubunda başlayıb. O, İranın U-21 və U-23 millilərində çıxış edib.

Seçilən
31
40
azertag.az

10Mənbələr