Abşeron dairəvi marşrutu üzrə qatarların qrafikində dəyişikliklər edilib.
Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.
Bildirilib ki, Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 11 avqustdan etibarən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə sərnişin qatarları yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək.