AZ

"Neftçi" afrikalı futbolçu ilə 2 illik müqavilə İMZALADI 

"Neftçi" klubu Fransa təmsilçisi "Monpelye"də çıxış edən Falaye Sakonu azad agent kimi heyətinə qatıb.

"Ağ-qaralar" 30 yaşlı sağ cinah müdafiəçisinin keçidini sosial şəbəkə hesabında açıqlayıb.

Sako "Monpelye" ilə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib.
Mali millisinin üzvünün Bakı təmsilçisindəki sözləşməsinin detalları açıqlanmasa da, onunla iki mövsümlük anlaşma əldə edilib.

Qeyd edək ki, Falaye Sako 2023-cü ildən "Monpelye"nin formasını geyinib. Komanda ötən mövsüm Liqa 1-də 16 xalla sonuncu olub və aşağı liqaya düşüb.//Oxu.az


Seçilən
33
11
referans.az

10Mənbələr