AZ

BMT-nin hesabatı: Əfqanıstanda qadın işçilər ölüm təhdidləri alıb

Əfqanıstanda Birləşmiş Millətlər Təşkilatında çalışan onlarla əfqan qadına açıq şəkildə ölüm təhdidləri göndərilib.

APA “Aljazerra” agentliyinə istinadən xəbər verir ki, bu barədə bazar günü yayımlanan və ölkədə insan haqları vəziyyətinə dair son yeniləmələri əks etdirən yeni BMT hesabatında bildirilir.

Talibanın 2021-ci ildə hakimiyyətə qayıtmasından bəri qadınların hüquqları ciddi şəkildə məhdudlaşdırılıb.

BMT-nin Əfqanıstan missiyası bildirib ki, milli qadın işçilər may ayında birbaşa ölüm təhdidlərinə məruz qalıb. Taliban isə BMT missiyasına onların bu təhdidlərə görə məsuliyyət daşımadığını bildirib və Daxili İşlər Nazirliyinin araşdırma apardığını vurğulayıb.

Lakin ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mateen Qani bu iddiaları rədd edərək “bu, tamamilə səhvdir,” deyib. O, nazirliyin bu məsələ üçün ayrıca departamentinin olduğunu, təhlükəsizlik və qorunma üçün strateji plan tətbiq etdiklərini, qadınlara qarşı heç bir təhdidin mövcud olmadığını iddia edib. Associated Press-in məlumatına görə, Qani araşdırma barədə suallara cavab verməyib.

Hesabata əsasən, təhdidlər BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA), digər agentliklər, fondlar və proqramlarda çalışan qadınlara, onların işi ilə bağlı naməlum şəxslər tərəfindən göndərilib. Bu vəziyyət BMT-ni qadın işçilərin təhlükəsizliyini təmin etmək üçün müvəqqəti tədbirlər görməyə vadar edib.

Taliban 2022-ci ilin dekabrında əfqan qadınların yerli və xarici qeyri-hökumət təşkilatlarında işləməsini qadağan etmişdi. Altı ay sonra bu qadağa BMT-yə də şamil olundu. Daha sonra Taliban hələ də qadın işçiləri saxlayan qurumları bağlamaqla hədələdi. Humanitar təşkilatlar və QHT-lər Talibanın fəaliyyətlərinə müdaxilə etdiyini bildirir, amma hakimiyyət bu ittihamları rədd edir.
Seçilən
43
50
sherg.az

10Mənbələr