AZ

Azərbaycanın görkəmli ziyalıları VI Yay Düşərgəsində (FOTO)

Bakı. Trend:

Xankəndidə təşkil olunan Diaspor Gənclərinin VI Yay DüşərgəsindəAzərbaycanın görkəmli mədəniyyət xadimlərinin iştirakı ilə paneltəşkil olunub.

Bu barədə Trend-əDövlət Komitəsindən məlumat verilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovunmoderatorluğu ilə keçirilən panelin qonaqları Xalq artisti,professor, dirijor Yalçın Adıgözəlov, Xalq artisti, teatr və kinoaktyoru Fəxrəddin Manafov, Əməkdar incəsənət xadimi, bəstəkarCavanşir Quliyev, Əməkdar incəsənət xadimi, Türkiyənin ÇukurovaUniversitetinin professoru Cahangir Novruzov olub.

Bildirilib ki, Azərbaycanın mədəniyyət elçiləri Müzəffər Ali BaşKomandanın rəhbərliyi ilə torpaqlarımızın azad olunmasını və dünyaazərbaycanlı gəncləri ilə Xankəndidə bir araya gəlmələrininqürurunu böyük şövqlə dilə gətiriblər. Gənclərə fərqli xalqlar vəmədəniyyətlər arasında “mədəni körpü” rolu oynamağın sirlərindəndanışılıb, qarşılıqlı anlaşma, inteqrasiya və mədəni tolerantlıqbarədə tövsiyələr verilib.

Çıxışlarda hər bir xalqın kimliyinin, tarixinin, dünyagörüşünün,dəyərlərinin ifadəsi və unikallığının nümayiş etdirilməsibaxımından mədəniyyətin əvəzsiz rolu diqqət mərkəzinə gətirilib.Qeyd olunub ki, xalqların gücü yalnız iqtisadi və ya hərbi sahədədeyil, onun mədəni irsində də öz əksini tapır. Məhz buna görə dünyaazərbaycanlıları ölkəmizi həm də ən güclü vasitələrdən olanmədəniyyətlə təmsil etməli, ölkəmizə dostlar qazandırmalıdırlar.İştirakçılar Diaspor Gənclərinin Yay düşərgələrinin bu baxımdanunikal bir platforma olduğunu bildirib və onun yaradılmasına görəAzərbaycan dövlətinə minnətdarlıq ifadə ediblər.

İnteraktiv və səmərəli fikir mübadiləsinin aparıldığı paneldədüşərgə iştirakçısı olan xaricilərin Azərbaycan dilindədanışmaları, qonaqları bəstəkar mahnıları ilə salamlamaları böyükcoşqu yaradıb.

Xatırladaq ki, Diaspor Gənclərinin VI Yay Düşərgəsi AzərbaycanRespublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər ƏliyevFondunun birgə təşkilatçılığı ilə keçirilib. Diaspor Gənclərinin VIYay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edib.Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçınşəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədənümumilikdə 700-dən artıq gənc qatılıb.

Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Seçilən
35
6
az.trend.az

7Mənbələr