AZ

Macarıstanın Xarici İşlər Nazirliyi Donald Trampın Qafqazda sülhün bərqərar olunmasında rolunu yüksək qiymətləndirib

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Budapeşt, 10 avqust, AZƏRTAC

Macarıstanın xarici işlər naziri Peter Siyarto Azərbaycan ilə Ermənistan arasında Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni “həm Qafqazda, həm də dünyada təhlükəsizliyə doğru böyük addım” adlandırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində paylaşım edib. “Donald Tramp bir daha göstərdi ki, o, sülh gündəminin prezidentidir. İndi biz ümid edirik ki, Hindistan-Pakistan, İran-İsrail və Ermənistan-Azərbaycan [münaqişələrinin] həllindən sonra Ukrayna ilə Rusiya arasındakı münaqişəyə də son qoyulacaq”, - deyə Macarıstanın xarici işlər naziri yazıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
6
azertag.az

5Mənbələr