Macarıstanın xarici işlər naziri Peter Siyarto Azərbaycan ilə Ermənistan arasında Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni "həm Qafqazda, həm də dünyada təhlükəsizliyə doğru böyük addım" adlandırıb.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində paylaşım edib. "Donald Tramp bir daha göstərdi ki, o, sülh gündəminin prezidentidir. İndi biz ümid edirik ki, Hindistan-Pakistan, İran-İsrail və Ermənistan-Azərbaycan [münaqişələrinin] həllindən sonra Ukrayna ilə Rusiya arasındakı münaqişəyə də son qoyulacaq", - deyə Macarıstanın xarici işlər naziri yazıb.