Macarıstan Aİ-nin Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında Alyaskada keçiriləcək sammiti pozmasına icazə verməyəcək.
Qaziler.az-ın məlumatına görə, bu açıqlamanı Macarıstanın xarici işlər naziri Peter Siyarto özünün “Facebook” səhifəsində bildirib. Onun sözlərinə görə, Budapeşt dünya liderlərinin görüşünün uğurla keçməsində maraqlıdır.
“Macarıstan sammitin uğurla keçməsində maraqlıdır, biz ona bütün lazımi dəstəyi verəcəyik və Brüsselin sammiti qeyri-mümkün və çətin etmək səylərinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”, - deyə Siyarto yazıb.
O həmçinin əlavə edib ki, artıq Rusiya baş nazirinin birinci müavini Denis Manturova zəng edib. Siyasətçilər Alyaskada danışıqlardan öncəki beynəlxalq şərtləri müzakirə ediblər.
QAZİLER.AZ