AZ

Asensio Fənərbağça ya 48 saat möhlət verdi

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Fənərbağça" təxminən iki həftə əvvəl transferi üçün prinsipial razılıq əldə etdiyi ispan ulduz Marko Asensionun keçidi ilə bağlı PSG ilə aparılan bonservis danışıqlarını intensiv şəkildə davam etdirir.

Fanat.Az xəbər verir ki, futbolçu "sarı-lacivərtlilərə" qərar üçün cəmi 48 saatlıq vaxt tanıyıb.

Bu müddət ərzində fransız klubuyla razılıq əldə olunmasa, Asensio digər Avropa nəhəngləri ilə masaya əyləşməyə hazırdır.

Klub rəhbərliyi bu kritik zaman kəsiyində həm maliyyə, həm də planlarını uyğunlaşdırmağa çalışır.

Transferin uğurla nəticələnməsi "Fənərbağça"nın hücum xəttinə Avropa səviyyəsində böyük güc qatacağı kimi, mövsümün qalan hissəsində komandanın çempionluq yarışında əlini də gücləndirəcək.

Kamil Xudiyev

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
11
fanat.az

10Mənbələr