AZ

"Çelsi" "Milan"ı darmadağın etdi

Londonun "Çelsi" klubu yoldaşlıq görüşündə İtaliyanın "Milan" klubunu darmadağın edib.

Publika.az xəbər verir ki, "Stemford Bric"də keçirilən görüş 4:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

Artıq 5-ci dəqiqədə “Milan”ın müdafiəçisi Andrey Koubiş avtoqola imza atıb. 8-ci dəqiqədə Joao Pedro dubl edib, 18-ci dəqiqədə isə Koubiş qırmızı vərəqə alıb. 67-ci dəqiqədə Liam Delap penaltini dəqiq yerinə yetirib, 90-cı dəqiqədə isə dubla imza atıb. Milanlıların yeganə qolu 70-ci dəqiqədə Yusuf Fofana vurub.

İngiltərə Premyer Liqasının (APL) yeni mövsümünün ilk turunda "Çelsi" doğma meydanda "Kristal Pelas"la qarşılaşacaq. Qarşılaşma avqustun 17-də baş tutacaq. Milan üçün ilk oyun İtaliya kubokunun 1/32 final mərhələsinin “Bari” ilə qarşılaşması olacaq. Bu oyun da ayın 17-də baş tutacaq.

Seçilən
20
publika.az

1Mənbələr