AZ

"Real" Kamavinqanın durumu ilə bağlı açıqlama yaydı

style='margin-bottom:10px;'>

“Real” yarımmüdafiəçisi Eduardo Kamavinqanın sağlamlıq durumuyla bağlı açıqlama verib. 

QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Açıqlamada bildirilir: 

“Real”ın tibbi heyəti tərəfindən aparılan müayinədən sonra Eduardo Kamavinqada sağ topuq bağlarında dartılma diaqnozu qoyulub. Klub futbolçunun vəziyyətini izləyir”. 

Xatırladaq ki, futbolçu 2024/25 mövsümündə “kral klubu”nun son altı oyununu, o cümlədən İspaniya Kubokunun finalını sol budun adduktor əzələsindəki yırtıq səbəbindən buraxmışdı.

Ötən mövsüm fransalı yarımmüdafiəçi bütün turnirlərdə 35 matçda iştirak edib, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

Seçilən
25
1
teleqraf.com

2Mənbələr