AZ

Rusiyada yol qəzası baş verib

Bakı. Trend:

Dağıstan Respublikasının (Rusiya Federasiyası) Tarumovskrayonunda baş vermiş ağır yol qəzası nəticəsində üç nəfər ölüb,daha üç nəfər yaralanıb.

Trend xəbər verirki, bu barədə respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətiməlumat yayıb.

Məlumata görə, Həştərxan-Mahaçqala yolunun 258-cikilometrliyində iki minik avtomobili toqquşub.

İlkin məlumata görə, “Lexus” avtomobili qarşıdakı hərəkətzolağına çıxaraq “Lada Vesta” markalı avtomobillə toqquşub.Nəticədə “Lada Vesta”nın sürücüsü və onun iki sərnişini təcilitibbi yardım gələnə qədər yerindəcə dünyasını dəyişib, – DağıstanRespublikası üzrə Daxili İşlər Nazirliyinin yol polisi alayınınkomandiri vəzifəsini icra edən Gerexan Abdulmuslimov bildirib.

O əlavə edib ki, “Lexus”un sürücüsü və onun iki sərnişini, ocümlədən bir uşaq xəstəxanaya yerləşdirilib.

Seçilən
41
21
az.trend.az

10Mənbələr