Bakı. Trend:
Daxili işlər naziri Ali Yerlikaya Türkiyənin Balıkesirvilayətində baş verən 6,1 bal gücündə zəlzələ ilə bağlı açıqlamaverib.
Trend-inməlumatına görə, nazir İstanbul və ətraf vilayətlərdən hiss olunanzəlzələ ilə bağlı AFAD, eləcə də ölkənin digər aidiyyətiqurumlarının bütün heyətlərinin dərhal əraziyə baxış işlərinəbaşladıqlarını bildirib. Qeyd edilib ki, hazırda hansısa mənfi halyoxdur. Seysmik vəziyyət anbaan izlənilir.
Vətəndaşlara evlərə girməmələri ilə bağlı xəbərdarlıqedilib.