AZ

Kürdəmir sakini Qaxda öldü

QAX, 10 avqust. TELEQRAF

54 yaşlı Kürdəmir sakini Qaxda ölüb.

Teleqraf-ın Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, 54 yaşlı Kürdəmir rayon sakini Namiq Kərimov Qax rayonunda vəfat edib.

Rayonun Ağçay kəndində yerləşən evlərin birinin həyətində hovuzda çimərkən N.Kərimovun səhhəti qəfil pisləşib. Hadisə yerinə Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları çağırılıb.

N.Kərimov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla baglı araşdırma başlanıb.

Seçilən
79
2
teleqraf.com

3Mənbələr