Naməlum mumiyanın kəllə və əli, eləcə də Qədim Misirdə həyatın simvolu olan ankx - amulet Almaniyadan qaytarılıb.
Ajans.az xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb. Britaniya Yeni Krallığın (e.ə. 1550-1069) əhəngdaşı cənazə stelesini, fayans qabını, tunc tacın bir hissəsini, muncuqlu dəfn maskasını və bir sıra dəfn amuletlərini geri qaytarıb.