AZ

Ağstafada iki piyadanı avtomobil vurub

Ağstafa, 11 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC

Ağstafada iki nəfəri avtomobil vurub.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Qarahəsənli kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1994-cü il təvəllüdlü X.Mustafayevi və 1990-cı il təvəllüdlü A.İsmayılovu vurub. Müxtəlif bədən xəsarətləri alan piyadalar xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Seçilən
54
6
azertag.az

7Mənbələr